Avropanın damarı quruyur

86

Avropada davam edən quraqlıq və yağıntıların olmaması səbəbindən Reyn çayında suyun səviyyəsi yaxın günlərdə kritik minimum göstəricilərə qədər enə bilər. Bu vəziyyət bütün çay boyunca fasiləsiz gəmiçilik və yük daşımalarını mümkünsüz edir.

Denizxeber.az bildirir ki, Almaniyanın Federal Çay Nəqliyyatı İttifaqının rəhbəri Yens Şvanen “Rheinische Post” qəzetinə bildiri ki, uzun müddət yağıntının düşməməsi kommersiya gəmiçiliyi üçün strateji məntəqə sayılan Kaub şəhərində hidroloji göstəriciləri kəskin aşağı salıb. Proqnozlara görə, suyun səviyyəsinin ilk dəfə 10 santimetrdən aşağı düşməsi gözlənilir.

Suyun kritik həddə düşməsi nəticəsində Reyn çayı naviqasiya baxımından faktiki olaraq iki müstəqil hissəyə ayrılacaq. Qubadan və Kaub məntəqəsindən fərqli olaraq, gəmiçilik üçün yararlı olan birinci hissə Niderland limanlarından Almaniyanın Köln şəhərinə qədər olan ərazini əhatə edəcək.

Köln şəhərindən sonra yük gəmilərinin Almaniyanın şərq bölgələrinə və cənub istiqamətinə malları çatdıra bilməsi üçün daxili kanallar şəbəkəsindən istifadə edilməsi planlaşdırılır. Reyn çayında gəmilərin tam yüklə hərəkət edə bilməməsi yanacaq, xammal və sənaye mallarının daşınma xərclərini artırır və Avropa daxili logistika zəncirində gecikmələrə yol açır.