Hər il avqustun 13-ü dünyada Beynəlxalq Solaxaylar Günü kimi qeyd olunur.
Denizxeber.az bildirir ki, bu əlamətdar tarix ilk dəfə 1992-ci ildə 1990-cı ildə təsis olunmuş Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə keçirilib. Günün əsas amacı cəmiyyətin, istehsalçıların və təhsil müəssisələrinin diqqətini sağ əllilər üçün dizayn edilmiş dünyada solaxayların qarşılaşdığı gündəlik çətinliklərə cəlb etməkdir.
Britaniya Solaxaylar Klubunun əsas narahatlığı bəzi ölkələrin məktəblərində solaxay uşaqların hələ də zorla sağ əllə yazmağa məcbur edilməsidir. Bu hal uşaqlarda psixoloji stresə, təhsil göstəricilərinin düşməsinə və dekstrastres adlanan nevrotik vəziyyətə yol açır.
Dünya əhalisinin 3–10%-i solaxaydır. Genetik ehtimallara əsasən, valideynlərin hər ikisi sağaxay olduqda uşağın solaxay olma şansı 2%, biri solaxay olduqda 17%, hər iki valideyn solaxay olduqda isə 46% təşkil edir. Hər iki əlindən eyni səviyyədə sərbəst istifadə edən şəxs ambidekstr, hər iki əlini istifadə etməkdə çətinlik çəkən insan isə ambisinistr adlanır.
Solaxaylıq beynin yarımkürələri arasındakı asimmetriyanın göstəricisidir. Alimlər solaxay insanların uşaqlıqdan adaptasiya bacarıqları sayəsində yüksək yaradıcı potensiala və güclü xarakterə sahib olduqlarını bildirirlər.
Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçill, ABŞ prezidentləri — Ronald Reyqan, Böyük Corc Buş və Bill Klinton.Leonardo da Vinçi, Mikelancelo, Bethoven, Mark Tven, Sergey Raxmaninov, Merilin Monro, Pol Makkartni, Rinqo Starr və Robert De Niro.





