Gənclərin beynəlxalq həmrəyliyi və yay coşqusu – FOTO

152

Avropanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirən AEGEE-Bakı təşkilatının və “Beat the Heat VOL 5” beynəlxalq yay universiteti layihəsinin iştirakçıları “Suraxanı” gəmi-muzeyində qonaq olublar.

Denizxeber.az bildirir ki, ziyarət zamanı iştirakçılara muzeyin yaranma tarixi, Azərbaycanın zəngin dənizçilik irsi və muzeydə nümayiş etdirilən nadir eksponatlar barədə məlumat verilib. Qonaqlar, həmçinin müxtəlif sənəd və fotoşəkillərlə tanış olublar.

İştirakçılar muzeyin ekspozisiya zallarında təqdim olunan artırılmış reallıq sistemləri, interaktiv oyunlar və digər multimedia imkanlarından da yararlanıblar.