Qəbulda yüksək nəticə

45

2026/2027-ci tədris ili üzrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbulun nəticələri açıqlanıb.

Bakalavr pilləsində 2 nəfər 600 baldan yuxarı nəticə göstərib və hər ikisi akademiyanın Dəniz naviqasiyası mühəndisliyi ixtisasını seçib. 612,4 balla qəbul olan tələbə ingilis dili, 608,8 bal toplayan tələbə isə Azərbaycan dili bölməsində təhsil alacaq.

Ümumilikdə bakalavriat üzrə 500-dən yuxarı bal toplayan 19 tələbə, 400-dən yuxarı nəticə göstərən isə 50 tələbə var. Onlar da Dəniz naviqasiyası mühəndisliyi, eləcə də Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisaslarına üstünlük veriblər.

Magistratura səviyyəsində ən yüksək göstərici 69,5 bal olub. Bu nəticəni əldə edən tələbə Gəmiçiliyin idarə edilməsi ixtisasını seçib.

Yeni tədris ilində ümumilikdə 383 tələbə bakalavriat, 37 tələbə isə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.

2026-cı ildə 30 illik yubileyini qeyd edən Dəniz Akademiyası Azərbaycanda ali təhsilli dənizçi kadrlar hazırlayan yeganə ixtisaslaşmış ali təhsil müəssisəsidir. Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının üzvü olan ADDA dünyanın 11 ölkəsinin 18 universiteti ilə əməkdaşlıq edir.

ADDA-nın diplomu 170-dən çox ölkədə tanınır. Bu, Akademiyanın məzunlarına həm Azərbaycan, həm də beynəlxalq əmək bazarında geniş karyera imkanları yaradır.

#ADDA #ASCO #Qəbul2026 #Təhsil #Dənizçilik #Dənizçi #UğurƏtraflı

🔗https://asco.az/az/pages/7/28/news/2488?555