Batan Türkiyə gəmisinin yeri dəqiq təsbit olunub

59

Mərmərə dənizində, Silivri sahillərində iki ticarət gəmisinin toqquşması nəticəsində batan gəminin yeri müəyyənləşdirilib.

Denizxeber.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, TUĞBERK İMAMOĞLU adlı gəmi təxminən 850 metr dərinlikdə aşkarlanıb.

Hazırda batan gəminin heyət üzvlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, hadisə sentyabrın 2-də gecə saatlarında Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Türkiyə bayrağı altında üzən, Kocaelidən Aliağaya istiqamətlənən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən TUĞBERK İMAMOĞLU ilə toqquşub.

Toqquşma nəticəsində TUĞBERK İMAMOĞLU batıb və ekipaj üzvlərindən bəziləri itkin düşüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma çərçivəsində bir neçə nəfər saxlanılıb.