İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus üç gəmi və icazəsiz marşrutlarla hərəkət edən üç neft tankerinin hücuma məruz qaldığını açıqlayıb.
Denizxeber.az bildirir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
SEPAH-ın məlumatına görə, hücumlar ABŞ qüvvələrinin İran neft tankerlərinə zərbələr endirməsindən sonra həyata keçirilib.
İran tərəfi əməliyyatın ABŞ-nin İranın neft donanmasına qarşı həyata keçirdiyi zərbələrə cavab xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, SEPAH-ın açıqladığı məlumatla bağlı müstəqil təsdiqlənmiş əlavə məlumat verilməyib.





