Acı xəbər

106

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Denizxeber.az bildirir ki, bu barədə ŞKTC-nin Baş naziri Ünal Üstel bildirib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı 55–60 yaşlarında kişinin meyiti aşkarlanıb. Hazırda mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, avqustun 30-da Girnə sahillərində batan “Filo Jet” sərnişin gəmisində itkin düşən şəxslərin axtarışı davam etdirilir.

Hadisə ilə bağlı xilasetmə əməliyyatı Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə davam etdirilir.