Böyük Britaniya La-Manş boğazında göyərtəsində təxminən 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb.
Denizxeber.az-ın “Sky News”a istinadən yaydığı məlumata görə, qayıq Fransanın Normandiya regionunda yerləşən Joburq ərazisindən yola düşüb.
Qayığın aşkarlanmasından sonra əraziyə xilasetmə gəmiləri, helikopter və Britaniya Sahil Mühafizəsinə məxsus təyyarə cəlb olunub.
Kral Milli Xilasedicilər İnstitutunun iki xilasetmə gəmisi qayığı La-Manş boğazında qarşılayıb. Miqrantlar daha sonra Portsmuta aparılıb.
Miqrantların Böyük Britaniyaya gələn şəxslərin qəbul və qeydiyyatı üçün istifadə olunan Manston mərkəzinə göndərilməsi gözlənilir.
Qeyd edək ki, La-Manş boğazı üzərindən Böyük Britaniyaya qeyri-qanuni miqrasiya son illərdə ölkənin qarşılaşdığı əsas problemlərdən birinə çevrilib. Miqrantların kiçik və dəniz şəraitinə uyğun olmayan qayıqlardan istifadə etməsi isə onların həyatı üçün ciddi təhlükə yaradır.





