Strateji həmrəylik

83

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi-dəniz təlimlərinə başlayıb

Cənubi Koreya, ABŞ və Yaponiya “Freedom Edge” adlı üçtərəfli hərbi-dəniz təlimlərinə başlayıb.

Denizxeber.az-ın “Yonhap” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.

Təlimlər Çeju adasının cənub və şərqində yerləşən beynəlxalq sularda keçirilir və beş gün davam edəcək.

Birgə manevrlər dəniz və hava əməliyyatları ilə yanaşı, kiberməkan sahəsində fəaliyyətləri də əhatə edir.

Cənubi Koreya tərəfi təlimlərin müdafiə xarakterli olduğunu və beynəlxalq hüquq normalarına uyğun keçirildiyini bildirib. Seul həmçinin təlimlərə cəlb olunan qüvvələrin miqyasının ötənilki “Freedom Edge” manevrləri ilə müqayisə edilə biləcəyini qeyd edib.

Qeyd edək ki, “Freedom Edge” təlimlərinin ilk mərhələsi 2024-cü ilin iyununda, növbəti mərhələləri isə 2024-cü ilin noyabrında və 2025-ci ilin sentyabrında keçirilib.

Üç ölkənin birgə təlimləri Şərqi Asiyada təhlükəsizlik və hərbi əməkdaşlığın gücləndirilməsi fonunda keçirilir.