Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
⛵️Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla 12–14 sentyabr tarixlərində Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
🇦🇿 Azərbaycanla yanaşı 🇹🇷 Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, “Ramada Hotel”in qarşısında, Şıxov çimərliyi ərazisində baş tutacaq. Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da başlayacaq.
Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.
#ASİNF #yarış #yelken Adıyla və dadıyla! Gənclər və İdman Nazirliyi





