Neft tankerləri hədəf alınacaq

152

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın Xarq adası yaxınlığında neft tankerinə hücumla bağlı xəbərdarlıq edib və bildirib ki, Küveyt ilə Bəhreyn limanları yaxınlığında lövbər salan bütün neftdaşıyan gəmilər hücuma məruz qalacaq.

Denizxeber.az bildirir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“ABŞ ordusunun İranın bir neçə neft tankerini hədəfə almasını nəzərə alaraq, Küveyt və Bəhreyn limanları hüdudlarındakı bütün neft tankeri heyətlərinə xəbərdarlıq edirik ki, istər lövbər yerlərində, istərsə də limanlarda öz gəmilərini dərhal tərk etsinlər, çünki hədəfə alınacaqlar”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, İranın Xarq adası yaxınlığında neft tankeri hücuma məruz qalıb.