“Aşıq Ələsgər” gəmisi – VİDEO

329

Aşıq Ələsgər adını daşıyan gəminin yenidən mavi sularda, okeanlara açılan yollarda üzməsi hər birimizi qürurlandırır.

Denizxeber.az Dədə Ələsgər Ocağı İctimai Birliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi və Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı imzaladığı sərəncamlar böyük sənətkarın irsinə dövlət səviyyəsində göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Bu gün Aşıq Ələsgər adını daşıyan gəminin mavi sularda görünməsi bütün Ələsgərsevərləri sevindirir və qürurlandırır. Bu, Azərbaycan aşıq poeziyasına, onun zəngin mənəvi irsinə dövlətimiz tərəfindən verilən yüksək dəyərin daha bir ifadəsidir.

Dədə Ələsgər Ocağı və bütün Ələsgərsevərlər adından möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə milli-mədəni irsimizə, xüsusilə də Aşıq Ələsgər yaradıcılığına göstərdiyi yüksək diqqət və ehtirama görə dərin təşəkkürümüzü bildiririk.