Neft tankerinə hücum edilib – VİDEO – YENİLƏNDİ

61

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan Toqo bayrağı altında üzən neft tankerinə hücum etdiyini bildirib.

Denizxeber.az SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanata görə, boğazdan keçməyə cəhd edən “Trend” tankeri vurulub. Hadisə nəticəsində gəmidə yanğın baş verdiyi və tankerin hərəkətini dayandırdığı qeyd olunur.

Gəminin vəziyyəti və hadisənin nəticələri barədə əlavə məlumat verilməyib.