Avstraliyanın Qərbi Avstraliya ştatında, məşhur Sorrento çimərliyi yaxınlığında köpəkbalığının hücumu nəticəsində bir nəfər həyatını itirib.
Denizxeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.
Hücum barədə məlumat daxil olduqdan sonra hadisə yerinə təcili xidmətlər cəlb edilib.
Yerli polisin bəyanatında bildirilib: “Sahil boyunca çimən üzgüçünün köpəkbalığı tərəfindən dişləndiyi barədə məlumat daxil olub”.
Səlahiyyətlilər hava və dəniz vasitələrinin iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar. Lakin üzgüçünün hücum nəticəsində öldüyü təsdiqlənib.





