Qlobal dənizçilik sektorunun “Çempionlar Liqası” adlandırılan və ənənəvi sərgi anlayışını kökündən dəyişdirən VIP B2B tədbiri PerCon 2027-ci ildə yeni məkanını Xəzərin strateji ticarət mərkəzi Bakı olaraq müəyyənləşdirib.
Denizxeber.az bildirir ki, bu il də Türkiyə Gəmi İnşaat Sənayeçiləri Birliyinin (GİSBİR) əsas sponsorluğu və PROSENTEZ-in təşkilatçılığı ilə keçiriləcək GİSBİR PERCON 2027 tədbiri 1–4 aprel 2027-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda, lüks Baku Marriott Hotel Boulevard-da təşkil olunacaq.





