Strateji məhdudiyyətlər

51

ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı əldə edilən razılaşma adada həyata keçiriləcək iqtisadi layihələrin birgə əlaqələndirilməsini və Çin kapitalının bu proseslərdə iştirakının qarşısının alınmasını nəzərdə tutur.

Denizxeber.az bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına açıqlamasında bildirib.

“Bu müqavilə Danimarka ilə birlikdə investisiyaların yoxlanılması prosedurunu əhatə edir. Məqsəd odur ki, günün birində oyanıb Çin hərbçilərini olmasa da, limanların onların şirkətlərinə məxsusluğunu görməyək”, – deyə Rubio qeyd edib.

Dövlət katibinin sözlərinə görə, Çin gələcəkdə öz donanmasını həmin ərazilərdə yerləşdirmək niyyəti ilə dünyanın müxtəlif yerlərində limanlar inşa edir.