Struktur islahatları

35

Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edib.

Denizxeber.az bildirir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC AZCON-un idarəetməsinə veriləcək qurumların siyahısına əlavə edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.