Hüquqi proses və təhqiqat

46

Qazaxıstanda Aktau qarnizonunda təlim zamanı hərbçilərin ölümü ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Denizxeber.az Qazaxıstan Baş Prokurorluğuna istinadla xəbər verir ki, fakt üzrə istintaq qrupu yaradılıb. Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, eləcə də Prokurorluğun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Hadisənin bütün hallarının hərtərəfli, tam və obyektiv şəkildə müəyyənləşdirilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir. Həmçinin zəruri məhkəmə-tibbi ekspertizaları təyin olunub.

İstintaqın gedişi xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilində yerləşən Manqistau vilayətində keçirilən hərbi-dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində dəniz dalğalarının 19 hərbçini apardığını açıqlayıb.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində 9 hərbçi həlak olub, 3 nəfər xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir.