56 miqrant saxlanılıb

47

Egey dənizinin Türkiyənin İzmir vilayətinin Çeşmə və Menderes rayonları sahillərində 56 qanunsuz miqrant saxlanılıb.

Denizxeber.az bildirir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Çeşmə sahillərində 41, Menderes sahillərində isə 15 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan şəxslər müvafiq prosedurların həyata keçirilməsi üçün Miqrasiya İdarəsinə təhvil veriliblər.