Strateji təqdimat

39

Qazaxıstanda Parlamentlərarası İttifaqın Britaniya Qrupunun parlament nümayəndə heyətinə Orta Dəhlizin hazırkı vəziyyəti və inkişaf perspektivləri təqdim olunub.

Denizxeber.az Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, məlumatlandırıcı brifinqi “QazTrade” şirkəti təşkil edib. Nümayəndə heyətinə İcmalar Palatasının Müdafiə üzrə Xüsusi Komitəsinin sədri Tan Dhesi rəhbərlik edib.

“QazTrade” şirkətinin baş direktoru Nurlan Kulbatırov Orta Dəhlizin təkcə Qazaxıstan üçün deyil, bütövlükdə Mərkəzi Asiya üçün mühüm ticarət marşrutu kimi inkişaf perspektivlərindən danışıb.

Brifinq zamanı Xəzər dənizində yerləşən Kurık limanındakı “Semurg” infrastrukturu da təqdim edilib. “Sarja” çoxfunksiyalı dəniz terminalı klasterinin inkişafı nəticəsində ildə 5 milyon tona qədər yükaşırma gücünün, o cümlədən 110 min TEU-dək konteyner emalı imkanının yaradılması nəzərdə tutulur.

İştirakçılara, həmçinin Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində regionda həyata keçirilən layihələr barədə məlumat verilib.