İran neft bazarında şok: sentyabrda tankerlər neftlə yüklənməyib

48

2026-cı ilin sentyabr ayında İranın heç bir tankeri neftlə yüklənməyib. Bu, Tehran ilə Vaşinqton arasında münaqişənin başlamasından bəri qeydə alınan ilk belə haldır.

Denizxeber.az “Bloomberg”ə istinadən xəbər verir ki, agentliyin ilkin göstəricilərinə, həmçinin “Kpler” və “Vortexa” analitik xidmətlərinin məlumatlarına əsasən, sentyabr ayında İran tankerlərinə neft yüklənməsi avqustda sutkada təxminən 250 min barel olan göstəricidən sıfıra düşüb.

“Bloomberg”in məlumatına görə, fevralın 28-də başlayan münaqişənin dayandırılması ilə bağlı ABŞ və İran arasında aparılan danışıqlar, o cümlədən Hörmüz boğazına nəzarət məsələsi səbəbindən uzanır.

Agentlik həftənin əvvəlində bildirmişdi ki, İran rəsmiləri noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərədək Tehran və Vaşinqton arasında razılaşmanın əldə olunması perspektivlərini bədbin qiymətləndirirlər.