Yaxın Şərqdə artan regional gərginlik və təhlükəsizlik riskləri fonunda Birləşmiş Ştatlar bölgədəki hərbi kontingentini, o cümlədən dəniz və hava qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirir.
Noyabrın sonunadək Yaxın Şərqə ABŞ-nin üçüncü aviadaşıyıcı zərbə qrupu, həmçinin əlavə Dəniz Piyadaları Korpusunun qüvvələrinin göndərilməsi planlaşdırılır.
Denizxeber.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu və Dəniz Piyadaları Korpusunun əlavə gəmilərini göndərir. Bu addım nəticəsində regionda ABŞ hərbi qulluqçularının sayının təxminən 9–10 min nəfər artacağı gözlənilir.
Məlumata görə, “USS Theodore Roosevelt” aviadaşıyıcısı artıq San-Dieqo limanını tərk edib.
Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcıları yerləşir.





