Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

53

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb.

Denizxeber.az bildirir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb.

“Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrində suyun səthinə çıxması planlaşdırılırdı. Onlardan 7-si dalğıc, 1-i isə təlimatçıdır”, – məlumatda qeyd edilib.