Konqo çayında iki gəmi toqquşub, həlak olanlar və itkin düşənlər var

50

Konqo Demokratik Respublikasında Konqo çayında iki gəminin toqquşması nəticəsində ölənlərin olduğu bildirilir.

Denizxeber.az bildirir ki, bu barədə “Okapi Radio” məlumat yayıb.

Bildirilib ki, hadisə Ekvator əyalətində, Nqombe-Lukolela kəndi yaxınlığında baş verib. Sərnişinlərlə dolu olan iki gəmi toqquşduqdan sonra batıb.

Təxminən 30 nəfərin xilas edildiyi bildirilir. Bəzi sərnişinlərin isə itkin düşdüyü qeyd olunur. Ölənlərin dəqiq sayı hələlik məlum deyil.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.