ABŞ Arktikada hərbi mövcudluğunu artırmağı planlaşdırır

64

ABŞ Arktikada hərbi mövcudluğunu genişləndirmək və İslandiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Denizxeber.az-ın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, bu plan ABŞ Dövlət katibi Marko Rubionun İslandiyaya səfərindən sonra gündəmə gəlib. Nəşr qeyd edir ki, Qrenlandiya ilə bağlı ötən ay əldə olunan razılaşma Vaşinqtona regionda hərbi təsirini artırmağa şərait yaradır. Bu məqsədlə İslandiyanın aerodromları, limanları və müşahidə infrastrukturu ABŞ üçün mühüm strateji əhəmiyyət daşıyır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyada Amerika hərbi mövcudluğunun artırılacağını bəyan etmişdi.