Düşənbədə nəqliyyat və logistika sərgisi keçiriləcək

46

Oktyabrın 19-20-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubileyinə həsr olunmuş “ŞƏT-in nəqliyyat və logistikası” adlı beynəlxalq sərgi keçiriləcək.

Denizxeber.az Tacikistan Ticarət və Sənaye Palatasına istinadən xəbər verir ki, ŞƏT üzv ölkələrin ərazisində nəqliyyat dəhlizlərinin inkişafına, logistika infrastrukturunun modernləşdirilməsinə və yükdaşımaların rəqəmsallaşdırılmasına xüsusi əhəmiyyət verir. Sərgi üzv dövlətlərin nəqliyyat, logistika, avtomobil sənayesi və müasir logistika texnologiyaları sahəsində potensialını nümayiş etdirmək, yeni işgüzar tərəfdaşlıqlar qurmaq üçün səmərəli platforma rolunu oynayacaq.

“Xovar” agentliyinin məlumatına görə, tədbir çərçivəsində ŞƏT Biznes Şurasının nəqliyyat, logistika və kənd təsərrüfatı üzrə İşçi Qrupunun iclası da təşkil olunacaq. İclasda aparıcı ekspertlər və şirkət rəhbərləri ŞƏT məkanında fasiləsiz logistika marşrutlarının yaradılması məsələlərini müzakirə edəcəklər. Sərgidə iştirak etmək üçün təşkilata üzv, müşahidəçi və tərəfdaş statusuna malik ölkələrin şirkətləri dəvət olunur.