Misirdə arxeoloqlar Aralıq dənizinin dibində, İsgəndəriyyə şəhərinin sualtı xarabalıqları arasında təxminən 2 min illik tunc möhür üzük aşkar ediblər.
Denizxeber.az bildirir ki, üzüyün üzərində antik dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə mayakının təsvirinin olduğu ehtimal edilir. Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Liti bildirib ki, üzərində qədim mayak təsviri olan belə bir möhür üzük indiyədək arxeoloqlar tərəfindən aşkar edilməyib.
Qeyd edək ki, eramızdan əvvəl III əsrdə Faros adasında inşa edilən İsgəndəriyyə mayakının hündürlüyü 120-140 metrə çatıb. Tarixi abidə XIV əsrə qədər baş verən bir sıra güclü zəlzələlər nəticəsində tamamilə dağılıb.





