ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib

35

ABŞ Energetika Nazirliyi Meksika körfəzindəki qasırğa səbəbindən tədarükdə yaranan fasilələrin aradan qaldırılması üçün ölkənin strateji ehtiyatından 4 milyon barelədək neftin təcili olaraq ayrılmasına icazə verib.

Denizxeber.az bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“ExxonMobil” və BP America şirkətlərinin hər biri 2 milyon barelədək neft ala biləcək. Razılaşmalar çərçivəsində onlar aldıqları həcmləri 2027-ci ildə əlavə neft miqdarı ilə qaytarmağa borcludurlar ki, bu da əlavə xərc çəkmədən strateji ehtiyatı doldurmağa yarayacaq.

ABŞ energetika naziri Kris Rayt bildirib ki, bu qərar neft emalı zavodlarının işini dəstəkləməyə və yanacaq tədarükündəki fasilələri məhdudlaşdırmağa imkan verəcək.

“Tədarükdəki fasilələrin minimuma endirilməsinə kömək etməklə yanaşı, bu təcili razılaşmalar həmçinin “Exxon” və BP-ni hazırda aldıqlarından daha çox bareli ehtiyata qaytarmağa məcbur edəcək ki, bu da vergi ödəyicilərinin milyonlarla dollarına qənaət edəcək”, – o deyib.

“ExxonMobil” ilə razılaşma cari ehtiyacları ödəmək üçün strateji ehtiyatdan şirkətə əvvəllər ayrılmış neftin tədarükünün sürətləndirilməsini nəzərdə tutur.

“Isaias” qasırğası oktyabrın 9-u axşam saatlarında Floridada Meksika körfəzi sahillərinə çıxıb. Təbii fəlakət nəticəsində ən azı iki nəfər həlak olub.