Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb

28

Hörmüz boğazında 750 min barel neft daşıyan tanker dəniz minasına düşüb və nəticədə gəmidə yanğın baş verib.

Denizxeber.az bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

“Tasnim” agentliyinin verdiyi xəbərə görə, gəmi SEPAH-ın xəbərdarlıqlarına məhəl qoymayaraq icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərdiyi üçün minaya düşüb. Bu, oktyabrın 11-də Hörmüz boğazında dəniz minasına düşən üçüncü tankerdir.