Hörmüz boğazında bir neft tankeri hücuma məruz qalıb və gəmidə yanğın baş verib.
Denizxeber.az bildirir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazı daxilində tankerin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. İdarə səlahiyyətli orqanların araşdırma apardığını bildirərək gəmilərə ehtiyatlı olmaq və şübhəli fəaliyyətlər barədə məlumat vermək tövsiyəsi edib.
Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ISNA agentliyi vasitəsilə bəyanat yayaraq, izləmə sistemlərini söndürüb qadağan olunmuş zonadan keçməyə cəhd edən tankerin minaya düşdüyünü və gəmidə yanğın baş verdiyini iddia edib.





