AQEM-in 7-ci Zirvə Görüşündə Bakı Bəyannaməsi qəbul edilib

13

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşü çərçivəsində yekun Bakı Bəyannaməsi qəbul olunub.

Denizxeber.az bildirir ki, sənəddə üzv dövlətlər tərəfindən Azərbaycanın təşkilata ikiillik sədrliyi, bu dövrdə irəli sürdüyü təşəbbüslər və keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə risklərə karşı mübarizə, sivilizasiyalararası dialoq və süni intellektin inkişafı nəticəsində yaranan imkan və təhlükələr geniş əksini tapıb. Həmçinin üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması strateji prioritetlər kimi vurğulanıb.