Neft Daşlarının zəngin tarixi və fədakar dənizçi-neftçilərin əməyi sənətin dili ilə visuallaşdırılır. SOCART layihəsi çərçivəsində 12 tanınmış rəssam və fotoqrafın ərsəyə gətirdiyi bənzərsiz əsərlər “Dənizi fəth edənlərin izi ilə” adlanan xüsusi sərgidə geniş ictimaiyyətə təqdim olunur.
Denizxeber.az bildirir ki, təşkilatçılar incəsənət və dənizçilik tarixi həvəskarlarını oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil edilən bu möhtəşəm sərgini ziyarət etməyə dəvət edirlər.





