Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb

10

Prezident İlham Əliyev telekommunikasiya və poçt rabitəsi sahələrində rəqəmsallaşmanın sürətləndirilməsi, inzibatçılığın və istifadəçi məmnunluğunun artırılması məqsədilə “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Denizxeber.az bildirir ki, yeni informasiya sistemi İKT və rabitə sahəsində tənzimləmə və nəzarətin effektivliyini artırmağa, dövlət qurumları, özəl sektor və vətəndaşlar arasında əlaqələrin şəffaf və operativ təşkilinə xidmət edəcək.

Fərmana əsasən, sistemin sahibi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru isə nazirliyin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi müəyyən edilib. Sistem “Hökumət buludu”nda yerləşdiriləcək və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyası təmin ediləcək.