9 nəfərin həbs müddəti uzadılıb

8

Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 9 şübhəli şəxsin həbs müddəti daha bir həftə uzadılıb.

Denizxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş üzrə növbəti məhkəmə prosesi oktyabrın 23-də keçiriləcək.

Xatırladaq ki, Girnə ilə Türkiyənin Mersin vilayətinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” adlı sürətli sərnişin bərəsi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin batması faktı ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılan 9 nəfərdən 3-ü Azərbaycan vətəndaşıdır.