Azərbaycan nümayəndə heyəti Qazaxıstanda – FOTO

12

Qazaxıstana səfər çərçivəsində süni intellektin və qabaqcıl rəqəmsal texnologiyaların nəqliyyat-logistika sektorunda tətbiqi imkanlarının müzakirə olunduğu 8-ci “New Silk Way” beynəlxalq biznes-forumunda iştirak edilib və “TransLogistica Kazakhstan” sərgisinin işi ilə tanışlıq baş tutub.

Denizxeber.az bildirir ki, səfər müddətində, həmçinin Qazaxıstan və Özbəkistan dəmir yollarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Danışıqlar zamanı regional tranzit daşımalarının həcminin artırılması, logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və daşımalar zamanı müasir rəqəmsal həllərin geniş tətbiqi məsələləri ətraflı müzakirə olunub.