ASCO əməkdaşları şəhid Məmmədağa Səfərovun əziz xatirəsini yad ediblər – FOTO

21

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) əməkdaşı Balakişi Səfərovun Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış oğlu Məmmədağa Səfərovun əziz xatirəsi yad edilib.

Denizxeber.az bildirir ki, ASCO əməkdaşları şəhidin məzarını ziyarət ediblər. Ziyarət zamanı məzarın önünə gül dəstələri düzülüb, Məmmədağa Səfərovun xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə anılıb.

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!