Qara dənizdə dəniz dronlarının hücumuna məruz qalan “CONTSHIP JET” konteyner gəmisinin heyəti xilas edilib

55

Qara dənizdə, Kaliakra burnu yaxınlığında dəniz dronlarının hücumuna məruz qalan “CONTSHIP JET” konteyner gəmisinin 18 nəfərlik heyəti xilas edilib.

Denizxeber.az Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.

Liberiya bayrağı altında üzən gəmi İsrailin Hayfa limanından Rumıniyanın Konstansa şəhərinə gedirmiş. Hadisə zamanı gəmidə 421 konteyner olub.

Xilasetmə əməliyyatına Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin üç, Sərhəd Polisinin bir gəmisi cəlb edilib. Heyət üzvləri təhlükəsiz şəkildə təxliyə olunaraq Varnaya aparılır.