ASCO-nun əməkdaşları “Global Senior Management” proqramında iştirak ediblər – FOTO

64

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan “IE Business School” ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilmiş “Global Senior Management” proqramında iştirak ediblər.

Denizxeber.az bildirir ki, proqramda ASCO-nu İdarə Heyəti sədrinin müşavirləri Elvin Qasımov, Pərviz Babazadə və Satınalmalar departamentinin rəhbəri Kamil Bektaşi təmsil ediblər.

AZCON Holding-in icraçı direktoru Şahin Babayev və IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davilanın iştirakı ilə keçirilən proqramın yekun tədbirində iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin proqram çərçivəsində ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Qasımovun təmsil olunduğu komandanın layihəsi “Ən çox transformativ təsirə malik layihə” (Most Disruptive Impact Project) adına layiq görülüb.

Qeyd edək ki, AZCON Holding və “IE Business School” arasında qurulan bu strateji tərəfdaşlıq AZCON Holding-in insan kapitalının inkişafı üzrə prioritetlərinin reallaşdırılmasına, beynəlxalq qabaqcıl təcrübənin tətbiqinə və rəhbər heyətin idarəetmə potensialının gücləndirilməsinə xidmət edir.