AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir – FOTO

60

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Denizxeber.az bildirir ki, görüş çərçivəsində yeni “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən əməkdaşlıq müqaviləsi və Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədi imzalanıb.

Eyni zamanda görüş zamanı korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparılıb, Orta Dəhliz, dibdərinləşdirmə işləri, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.