Körfəzdə Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında hərəkət edən tanker naməlum sursatların atəşinə məruz qalıb.
Denizxeber.az bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, insident Səudiyyə Ərəbistanının Ras əl-Xəfci şəhərindən təxminən 72 dəniz mili şərqdə baş verib. Hadisə zamanı iki naməlum sursat gəminin sol bortuna dəyib.
Məlumata görə, gəminin bütün heyət üzvləri təhlükəsiz yerdədirlər və xəsarət alan yoxdur. Həmçinin hadisə nəticəsində ətraf mühitə hər hansı bir ziyanın dəymədiyi bildirilir.





