AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Baiterek” Milli İnvestisiya Holdinqi ilə görüş keçirib – FOTO

86

AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Baiterek” Milli İnvestisiya Holdinqi ilə görüş keçirib
 
Denizxeber.az bildirir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Baiterek” Milli İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Rustam Karagoişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
 
Görüş zamanı nəqliyyat, logistika və kommunikasiya infrastrukturu layihələri üzrə birgə investisiya imkanları və beynəlxalq investisiya fondlarında iştirak təcrübəsi müzakirə edilib.

Eyni zamanda korporativ idarəetmə və fəaliyyət göstəricilərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.