Siroz adasında İsrailin kruiz gəmisində bomba həyəcanı yaşanıb

77

Yunanıstanın Siroz adasının limanında İsrailə məxsus “Crown Iris” kruiz gəmisində bomba məlumatı ilə əlaqədar yoxlama aparılır.

Denizxeber.az bildirir ki, 940 sərnişin və 597 ekipaj üzvünün olduğu gəmi Hayfaya yola düşməyə hazırlaşırmış.

Aparılan yoxlama zamanı hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

Məlumata görə, naməlum şəxs gəminin kapitanı ilə radioəlaqə vasitəsilə əlaqə saxlayaraq gəminin sualtı hissəsinə partlayıcı qurğu yerləşdirildiyini bildirib.

Kapitan dərhal Siroz limanının administrasiyasına məlumat verib və təhlükəsizlik qüvvələri hərəkətə keçib.