Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 30 tələbəsi Bakı Gəmiqayırma Zavodunda yay istehsalat təcrübəsini uğurla başa vuraraq sertifikatlarla təltif olunub – FOTO

50

Təcrübə müddətində tələbələr real istehsalat mühiti ilə tanış olub, nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək imkanı qazanıblar.

Denizxeber.az bildirir ki, sertifikatların təqdimatı zamanı zavodun Tədris Mərkəzinin rəhbəri Nəcəf Mustafayev təhsil və sənaye əməkdaşlığının gənc mütəxəssislərin hazırlanmasındakı əhəmiyyətini vurğulayıb.

ADDA-nın rektor vəzifəsini müvəqqəti icra edən İradə Süleymanova ilə görüşdə əməkdaşlığın nəticələri və gələcək perspektivləri müzakirə edilib.

ADDA, Dövlət Məşğulluq Agentliyi və Bakı Gəmiqayırma Zavodunun birgə peşə hazırlığı təşəbbüsləri çərçivəsində 8 ADDA məzunu zavodda işlə təmin olunub. Hazırda isə ümumilikdə 49 ADDA məzunu zavodda müxtəlif vəzifələrdə çalışır.

Bakı Gəmiqayırma Zavodu təhsil və istehsalat arasında əməkdaşlığın gücləndirilməsi, milli kadr potensialının inkişafı və gənc mütəxəssislərin peşəkar həyata hazırlanmasına dəstəyini davam etdirir.

#BakıGəmiqayırmaZavodu #ADDA