AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Aktau və Kurık limanlarında olub.
Denizxeber.az bildirir ki, səfər zamanı Qazaxıstanın liman və terminal infrastrukturu, onların fəaliyyəti və əməliyyat imkanları barədə məlumat verilib.
Görüşlərdə limanların mövcud infrastrukturu, yükaşırma potensialı və Xəzər dənizi üzərindən yükdaşımaların təşkili məsələləri diqqət mərkəzində olub. Həmçinin Azərbaycan və Qazaxıstan arasında limanlararası əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması və birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.








