ADDA-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib – FOTO

32

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib.

Denizxeber.az bildirir ki, «Zəfər zəka ilə başlayır» devizi altında təşkil olunan turnirdə 42 tələbə iştirak edib. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.

Gərgin və maraqlı keçən mübarizədə iştirakçılar intellektual potensialını, məntiqi təfəkkür və strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər.

Turnirin yekun nəticələrinə əsasən, Ülvi Əlizadə bütün rəqiblərini üstələyərək qalib olub. 1-ci və 2-ci yerləri isə müvafiq olaraq Nihad Quliyev və Səid Ramazanlı bölüşüblər.

Qaliblər hədiyyə və diplomlarla təltif ediliblər.