COP31-də su hövzələrində yosun çiçəklənməsinə qarşı yeni süni intellekt modeli təqdim ediləcək

21

Türkiyənin Qəbzə Texniki Universitetinin doktorantı Şəbnəm Qarslı Antalyada davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində su hövzələrində yosun çiçəklənməsi probleminə dair süni intellekt vasitəsilə hazırladığı modeli təqdim edəcək.

Denizxeber.az-ın məlumatına görə bunu alim AZƏRTAC-a açıqlamasında bildirib ki, suyun tərkibində xüsusilə azot və fosforun həddindən artıq artması nəticəsində çoxalan mikroskopik yosunlar ekologiya, suyun keyfiyyəti və canlı aləm üçün ciddi təhlükələr yaradır.

“İqlim dəyişikliyi yosun çiçəklənməsi probleminin həcmini böyüdür. Bu təhlükəni bütün su hövzələri baxımından təhlil etmək, laboratoriya qurmaq imkansızdır. Hazırladığım model “Sentinel-2” peykindən əldə olunan fotomaterialları fərqli indekslər əsasında xəritə şəklində təhlil edərək, süni intellekt vasitəsilə öyrənməyə imkan verir”, — deyə Ş.Qarslı bildirib.

COP31 iştirakçılarına təqdim ediləcək yeni model hansı su hövzəsində hansı dönəmdə yosun çiçəklənməsi problemi yaşandığını əvvəlcədən göstərəcək. Beləliklə, balıqçılar hazırlıqlı olacaqlar, müvafiq çimərlik qadağaları da tətbiq oluna bilər.

Onun sözlərinə görə, hazırda modelə bütün qitələrdən su hövzələri, həmçinin Türkiyənin Burdur gölü və İzmir körfəzi də daxil edilib.

Modellə bağlı işlər 2027-ci ilin fevral-mart aylarında tam yekunlaşacaq və elmi dərgidə məqalə şəklində dərc olunacaq.