AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Mukran” limanı ilə tanış olub – FOTO

19

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər çərçivəsində “Super Ferry” (yeni nəsil bərə) layihəsinin icrası ilə əlaqədar Sassnitz şəhərində yerləşən “Mukran” limanına baxış keçirib.

Denizxeber.az bildirir ki, səfərin məqsədi Ələt limanında yaradılması nəzərdə tutulan bərə infrastrukturu üçün tətbiq oluna biləcək texniki və əməliyyat həllərini yerində öyrənmək, həmçinin analoji infrastrukturun istismar təcrübəsi ilə tanış olmaq idi.

Səfər zamanı limanın fəaliyyət modeli, əməliyyat imkanları və infrastruktur həlləri üzrə fikir mübadiləsi aparılıb.