Bakı Gəmiqayırma Zavodunun nümayəndə heyəti Çində işgüzar səfərdə olub – FOTO

17

Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Ruslan Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti 16–22 noyabr tarixlərində Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Denizxeber.az bildirir ki, səfər çərçivəsində Çinin gəmiqayırma sənayesində fəaliyyət göstərən aparıcı şirkətləri, o cümlədən China State Shipbuilding Corporation (CSSC) və onun strukturuna daxil olan Shanghai Waigaoqiao Shipbuilding (SWS), Hudong-Zhonghua Marine Equipment, Shanghai Marine Equipment Research Institute (SMERI) və Chengxi Shipyard müəssisələrinin rəhbər heyətləri ilə görüşlər keçirilib.

Görüşlər zamanı gəmiqayırma sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl istehsal texnologiyalarının öyrənilməsi, təcrübə mübadiləsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Səfər Bakı Gəmiqayırma Zavodunun beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.