“Əsgərə salam” aksiyasına Dövlət Dəniz Agentliyinin əməkdaşları da qoşulublar.

602

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” aksiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin əməkdaşları da qoşulublar.

2 fevral- Gənclər gününə qədər davam edəcək aksiyada məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.