Fevralın 3-dən Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” gəmisində 2019-nCoV koronovirusuna yoluxanların sayı artıb.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.
Belə ki, müayinələrdən sonra 41 sərnişinin koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxduğu məlum olub.
Bununla da, “Diamond Princess” gəmisində virusa yoluxanların ümumi sayı 61 nəfərə çatıb.
Hazırda virusa yeni yoluxan şəxslərin hansı ölkənin vətəndaşları olması barədə məlumat verilməyib.